Bakı. Trend:
Fiziki forması olmayan və yalnız elektron şəklindəmövcud olan rəqəmsal valyutalar ("digital currences") artıq dünyadageniş yayılmağa başlayıb və hətta bəzi ölkələr tərəfindən onlarahüquqi status verilib. Bu cür valyutalar internet üzərindənmübadilə edilə və bəzi hallarda xüsusi şəbəkələr vasitəsilə nəzarətedilən mərkəzləşdirilmiş və ya mərkəzləşdirilməmiş ola bilər.Mərkəzləşdirilmiş rəqəmsal valyutalara hökumətlər və mərkəzimaliyyə qurumları tərəfindən nəzarət edilir. Bu valyutalar adətənhökumətin rəsmi pul siyasətinə uyğun şəkildə idarə olunur.Mərkəzləşdirilməmiş rəqəmsal valyutalar isə daha çox tanınankriptovalyutalar (məsələn, "Bitcoin", "Ethereum") kimi fəaliyyətgöstərir. Onlar blokçeyn texnologiyasına əsaslanır və heç birmərkəzi orqan tərəfindən nəzarət edilmir.
Ümumiyyətlə, rəqəmsal valyutalar xüsusilə beynəlxalqödənişlərdə və müasir ödəniş sistemlərində istifadə olunmaqdadır.Məsələn, “Bitcoin” və “Ethereum” kimi kriptovalyutalar qlobalödəniş sistemlərinə inteqrasiya olunub və bir çox onlayn ticarətplatformaları və xidmətlər kriptovalyutaları ödəniş vasitəsi kimiqəbul edir. Dünya təcrübəsinə nəzər yetirsək, artıq Çin, ŞimaliKoreya və bəzi Avropa ölkələrində rəqəmsal valyutalarınmərkəzləşdirilməsi, leqallaşdırılması sınaqları həyata keçirilir vəbəzi hallarda istifadə edilməyə başlanılıb. Azərbaycanda isətənzimləyici orqan olan Mərkəzi Bank bu istiqamətdə beynəlxalqtəcrübələri nəzərə alaraq milli standartların yaradılması üzrəişlər aparsa da, hazırda ölkədə rəqəmsal valyutalara hüquqistatusun verilməsi mümkün olmayıb. Ekspertlər hesab edirlər ki,artıq Azərbaycanda da rəqəmsal valyutaların leqallaşdırılmasınınvaxtı çatıb.
Mövzu ilə bağlı Crypto Consulting MMC-nin direktoru,kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbininmüəllimi Elnur Quliyev Trend-ə açıqlamasında deyib ki, kriptovalyutabazarında son 1 il ərzində qiymətlərin artması Azərbaycanda dakorporativ şirkətlərin, həvəskar investorların və adi vətəndaşlarınrəqəmsal aktivlərə olan marağının daha da artması ilənəticələnib.
Onun sözlərinə görə, bununla bərabər, qiymətlərin artmasıinsanları kriptovalyutalara investisiya etməyi motivasiya edib:“Çünki kriptovalyutalar riskli aktiv olmasına baxmayaraq, ənənəvimaliyyə alətləri ilə müqayisədə dəfələrlə gəlirli olmağı bacarıb.Azərbaycanda hazırda rəqəmsal valyutalara hüquqi status verilməyib.Faktiki olaraq kriptovalyuta gəlirləri üzrə verginin ödənilməsiancaq könüllük prinsipi əsasında ola bilər, çünki hazırdakripto-investisiyaların və ya kriptovalyuta ticarəti üzrəəməliyyatların rəsmi izləməsi üçün hər hansı bir mexanizm yoxdur.Bundan əlavə, kriptovalyutalar mövcud qanunvericilik üzrə aktiv vəya əmlak kimi də tanınmır. Bu səbəbdən Vergi Məcəlləsinə əsasən,Azərbaycan Respublikası vətəndaşının kriptovalyuta iləəməliyyatlardan aldığı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldəolunan gəlir hesab olunur. Bu zaman gəlir əldə edən şəxs vergiorqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə ediləngəlirdən Vergi Məcəlləsinə uyğun olaraq 14% gəlir vergisiödəməlidir”.
Mütəxəssis vurğulayıb ki, Azərbaycanda rəqəmsal aktivlərinstatusunun müəyyənləşdirilməsi və müvafiq vergi qanunverciliyinintəkmilləşdirməsinin vaxtı çatıb və buna ehtiyac var: “Buistiqamətdə inkişaf etmiş (Yaponiya, İsveçrə, ABŞ, Malta) və MDBölkələrinin (Ukrayna, Belarus, Qazaxstan, Gürcüstan) təcrübəsiəsasında milli tənzimləmə modeli hazırlamaq olar. İlkin mərhələdəhətta müəyyən dövr üçün 0% vergi dərəcəsi və ya digər güzəşttədbirləri tətbiq etmək mümkündür. Nəzərə almaq lazımdır ki, hüquqistatusun müəyyən edilməsi ölkəmizdə maliyyə savadlılığınınartırılmasına, məşğulluğun təmin edilməsinə, startap ekosisteminininkişafına müsbət təsir edəcək və yeni fəaliyyət istiqamətlərinin –kriptovalyuta mayninqi, kripto-birjalar, yerli mübadiləservislərinin yaradılmasını stimullaşdıracaq”.
E. Quliyev ehtimal edir ki, bu ilin sonunda Azərbaycandarəqəmsal valyutalara hüquqi status veriləcək: “Azərbaycandakriptovalyutaların tənzimlənməsi ilə bağlı əsas cavabdeh qurum olanMərkəzi Bank (AMB) hazırda beynəlxalq təcrübələri nəzərə alaraqmilli standartların yaradılması üzrə işlər aparır. Bu istiqamətdəilk addımlardan biri də “sandbox” rejiminin tətbiqidir. “Sandbox”xüsusi tənzimləmə rejimi maliyyə sektorunda innovativ maliyyəməhsullarının Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsiüzrə qaydalar toplusunu əks edir. Yəni, xüsusi meyarlar üzrəseçilmiş şirkətlər müəyyən müddət (6 ay və ya 1 il) ərzində testrejimində öz innovativ məhsul və ya xidmətlərini təqdim edəcəklər.AMB isə nəticələri analiz edərək ölkənin qanunvericiliyiçərçivəsində müvafiq tənzimləmə aktları qəbul edəcəkdir. Əsasməqsəd texnoloji və innovativ inkişafına mane olmadan millistandartların yaradılmasıdır. Ehtimal edirəm ki, 2025-ci ilindördüncü rübündə müvafiq qanunvericilik aktları qəbulediləcək”.
Qeyd edək ki, tənzimləyici orqan kimi Azərbaycan MərkəziBankı (AMB) tərəfindən CBDC-nin (Mərkəzi Bank Rəqəmsal Valyutası)ölkə iqtisadiyyatına və pul siyasətinə təsiri aspektləri təhlilolunur. Artıq bir neçə ildir ki, AMB CBDC üzrə konseptualyanaşmanın formalaşdırılması və bu istiqamətdə beynəlxalqtəcrübənin öyrənilməsi məqsədilə bir sıra mərkəzi banklar, həmçininbeynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq edir. Hətta ikiil bundan öncə CBDC üzrə konseptual yanaşmanın müəyyən edilməsiməqsədilə Azərbaycan Mərkəzi Bankı Beynəlxalq Valyuta Fondundan(BVF) texniki yardım əldə etdiyini açıqlamışdı. Bütün bunlar onudeməyə əsas verir ki, Azərbaycanda rəqəmsal valyutanın tətbiqi iləbağlı rəsmi qurumlar tərəfindən də ciddi təşəbbüslər irəli sürülübvə bu davam etməkdədir.
İqtisadçı Eldəniz Əmirov Trend-ə açıqlamasında deyib ki, rəqəmsal valyutanınleqallaşdırılması prosesi üçün öncədən dəqiqləşdirmələr, stratejiplanlar, risklər və mövcud imkanlar qiymətləndirilməlidir.
O, Azərbaycan Mərkəzi Bankının bu istiqamətdə uzun müddətdir ki,bir sıra işlər gördüyünü xatırladıb: “Rəqəmsal valyutanınistifadəyə verilməsi üçün ilk olaraq hüquqi və tənzimləyici bazanınformalaşdırılması lazımdır. Eyni zamanda texnoloji infrastrukturunyaradılmasına ehtiyac vardır. Digər tərəfdən də hesablanmalaraparılmalıdır ki, rəqəmsal valyutalar onun ərsəyə gətirilməsinəçəkilən xərclərə, sərf edilən resurslara cavab olaraq ölkəiqtisadiyyatına dividend qata biləcək, nə qədər əlverişli olacaq vəözünü necə doğruldacaq”.
İqtisadçının sözlərinə görə, bəzi ölkələrdə rəqəmsal valyutalardövriyyəyə buraxılsa da, onun iqtisadi effektivliyi yoxdərəcəsindədir: “Məsələn, bəzi ölkələrdə bununla bağlı işlərgörülsə də, rəqəmsal valyuta dövriyyəyə buraxılsa da, heç birproblem olmasa da, amma bunun iqtisadi effektivliyi yoxdərəcəsindədir və yaxud da çox cüzidir. Ona görə də rəqəmsalvalyuta daha çox iqtisadiyyatı inkişaf etmiş və şirkətləri dünyaçapında tanınan ölkələr üçün daha spesifik və uğurlu birtenderdir”.
“Hesab edirəm ki, Azərbaycanın rəqəmsal valyutasını gecburaxmasının hər hansısa bir ölkə iqtisadiyyatına, ümumiyyətləgedən proseslərə - iqtisadi və maliyyə strategiyalarına ciddi birneqativləri yoxdur”, - deyə E. Əmirov fikrini tamamlayıb.
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyininsədri, iqtisadçı-ekspert Eyyub Kərimli isə Trend-ə açıqlamasındadeyib ki, hazırda dünyada rəqəmsal valyutalar artıq müəyyən onlaynbirja və platformalarda tam dövriyyəyə buraxılıb, bir məhsul kimialınır və satılır.
İqtisadçı qeyd edib ki, Rusiya, Qazaxıstan və digər ölkələrdərəqəmsal valyutalardan istifadə leqallaşdırılıb: “Hesab edirəm ki,ölkəmizdə buna ehtiyatla yanaşılması qəbulediləndir. Bir iqtisadçıkimi kriptovalyutaların gələcəyinə çox da nikbin baxmıram. Çünkifikrimcə, kriptovalyutalar, rəqəmsal pullar virtualdır və onunarxasında əgər heç bir ölkə, heç bir məsul qurum və ya şəxslərdurmursa, sadəcə tələb-təklif əsasında dəyəri formalaşırsa, hesabedirəm ki, onların gələcək aqibəti sual altındadır. Bu baxımdanölkəmizin rəqəmsal valyutaya ehtiyatla yanaşması başadüşüləndir vəbu valyutaların təsdiqi daha geniş araşdırma tələb edir”.
E. Kərimli həmçinin, Azərbaycanda rəqəmsal valyutalarınleqallaşdırılması üçün mümkün həll yollarından da danışıb. Obildirib ki, rəqəmsal valyutaların leqallaşdırılması üçün dahageniş araşdırmalar, analizlər və proqnozlara ehtiyac var: “Çünkitəcrübələrdən də göründüyü kimi, bu cür maliyyə alətləriqiymətlərini tez-tez dəyişirlər və bu, idarəolunmaz bir vəziyyətəgətirib çıxarır, bu da onun daha böyük risklərə məruz qalmasınasəbəb olur.
Maliyyə bazarlarında bu valyutaların fəaliyyətinin tərəfdarıyam,bu alətlərdən istifadə etməklə alqı-satqı da etmək olar. Lakindövriyyə vəsaiti kimi onların ölkədə tətbiqi hələ tezdir. Buistiqamətdə gedən gələcək proseslərin müşahidəsi ilə rəqəmsalvalyutaların ölkədə tətbiqini həyata keçirmək olar”.
Ümumilikdə, rəqəmsal valyutalar həm mərkəzləşdirilmiş,həm də mərkəzləşdirilməmiş formalarında çox dinamik və yenilikçisahələrdir. Bu valyutaların təkcə maliyyə dünyasına deyil, həm dəiqtisadiyyata, sosial quruluşlara və hüquqi sistemlərə təsirgöstərməsi gözlənilir.