AZ

"Ermənistanın bu açıqlamaları təbliğat xarakteri daşıyır"- Rasim Musabəyov

"Ermənistanın Avropa Birliyinə inteqrasiya ilə bağlı açıqlamalarının daha çox təbliğat xarakteri daşıyır"

Bu fikirləri News365.az-a Millət vəkili Rasim Musabəyov bildirib. Onun sözlərinə görə, İrəvan Avropadan maliyyə və siyasi dəstək almaq məqsədilə bu cür bəyanatlar səsləndirir.

Musabəyovun fikrincə, əgər Ermənistan həqiqətən Avropaya yaxınlaşmaq və inteqrasiya etmək istəyirsə, ciddi addımlar atmalıdır. Bunun üçün:

Rusiyanın müttəfiqliyindən çıxmalı, Rus hərbi bazalarını və sərhədçilərini ölkədən çıxarmalı, Avrasiya İqtisadi İttifaqından ayrılmalıdır. Lakin millət vəkili hesab edir ki, Ermənistan rəhbərliyi bu cəsarəti göstərmir və əksinə, Rusiya ilə ticarət dövriyyəsini artırmaqda davam edir. Ermənistanın atdığı bu addımların real inteqrasiya yox, sadəcə qərbpərəst imic formalaşdırmaq məqsədi güddüyünü vurğulayıb.

Musabəyov fikrini belə bir bənzətmə ilə ifadə edib:

"Bu, elə bir haldır ki, biri çıxıb deyir: Mən Rokfellerin qızını almaq istəyirəm və işin 50 faizi həll olunub. Soruşurlar ki, necə yəni? Deyir, mən razıyam, qalıb qızı razı salmaq."

O, Avropa Birliyinin Ermənistanın bu cür mənasız öhdəliklərinə maliyyə ayırmağa meyilli olduğunu bildirib. Musabəyov Gürcüstanın real Avropa inteqrasiyasında irəlilədiyini, lakin lazımi dəstəyi almadığını, Ermənistanın isə konkret addımlar atmadan maliyyə yardımı aldığını vurğulayıb.

Seçilən
23
news365.az

1Mənbələr