Daha iki Rusiya hava limanının fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib.
Ulyanovsk və Samara hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.
"Operativ Media" TASS-a istinadən xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.
"Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün Ulyanovsk (Baratayevka) hava limanında Moskva vaxtı ilə saat 13:40-dan və Samara (Kurumoç) hava limanında Moskva vaxtı ilə saat 14:00-dan təyyarələrinin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - məlumatda qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl Saratov hava limanında məhdudiyyətlərin tətbiq olunduğu bildirilmişdi.