Bakı. Trend:
Türkiyənin Gebze Sənaye Zonası Texnoparkı ilə Azərbaycandainvestisiya məsələsi MÜSİAD Azərbaycan mərkəzində müzakirəolunub.
Trend xəbər verir ki, buhaqda TurkicWorld-a MÜSİAD-dan daxil olan məlumatdabildirilib.
Məlumata əsasən, bu gün Azərbaycan Respublikasının İqtisadiyyatNazirliyinin sektor müdiri Cavid Gurbanli, Gebze Sənaye ZonasıTexnoparkı A.Ş. (GOSB) direktoru, Prof. Dr. Murat Çemberci MÜSİADAzərbaycan ofisini ziyarət edib.
Qurumun idarə heyəti və tərəflər arasında keçən görüşdə, GOSB-unAzərbaycanda həyata keçirilməsi planlaşdırılan layihələr,investisiyaların cəlb edilməsi istiqamətində əməkdaşlıq imkanlarıvə digər mövzularda ətraflı fikir mübadiləsi aparılıb.
“Görüş zamanı tərəflər ölkə başçılarə tərəfindən imzalanan ŞuşaBəyənnaməsinin hədəfləri çərşivəsində səyləri davam etdirdiklərinibildiriblər”-deyə MÜSİAD Azərbaycan məlumatında deyilir.