"Football-plus.az" xəbər verir ki, o, komandasından razı qaldığını deyib:
"Hər iki oyundan razı qaldıq. Nə düşünmüşdüksə, komanda onu yerinə yetirməyə çalışdı. Yenə hər hissədə fərqli heyətlə oynadıq və hər kəsə eyni yükləməni verdik. Hər iki matçda gördük, hansı çatışmazlıqlar var. Qarşıdakı məşq proseslərində optimal formaya yaxınlaşacağıq".