AZ

Bu avtobuslar yenilənməsə, marşrut xətti müsabiqəyə çıxarılacaq VİDEO

Bakının Suraxanı rayonundan metronun “Həzi Aslanov” stansiyasına, eləcə də əks istiqamətində işləyən 104 saylı marşrut avtobusları istismara yararsız vəziyyətdədirlər.  

Xezerxeber.az-ın məlumatına görə, avtobuslar köhnədir, hətta istismar müddətini başa vurublar.

Sərnişinlər deyirlər ki, sözügedən avtobuslar təhülkəsizlik tələblərinə cavab vermir.

104 saylı marşrut xəttinin dispetçeri İlqar Həsənov deyib ki, yaxın zamanlarda avtobuslar yeniləri ilə əvəz ediləcək.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, 104 nömrəli marşrutun müvəqqəti istismarçısına köhnə avtobusların müasir nəqliyyat vasitələri ilə əvəz edilməsi, marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi barədə tapşırıq verilib. Müvafiq tədbirlər görülməyəcəyi təqdirdə marşrut xəttinin müsabiqəyə çıxarılması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
15
xezerxeber.az

1Mənbələr