Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə terror təhlükəsinin tam aradan qaldırılması üçün əlverişli şəraitin olduğunu açıqlayıb.
"Report" xəbər verir ki, o, bu barədə Diyarbəkir şəhərində çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyənin terrora birdəfəlik son qoymaq imkanı var: "Bu fürsəti itirməyi düzgün hesab etmirik. Xaricdən dəstək alıb- almamasından asılı olmayaraq heç bir terror təşkilatı Türkiyəyə müqavimət göstərə bilməz".
Qeyd edək ki, bu günlərdə Türkiyə Silahlı Qüvvələri Suriyada PKK terror təşkilatına qarşı mümkün əməliyyatla bağlı döyüş hazırlığı vəziyyətinə gətirilib.