Ufa və Kirovda təyyarələrin qəbulu və göndərilməsi müvəqqəti olaraq məhdudlaşdırılıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, Kirovda hava limanının fəaliyyəti saat 18:45-dən, Ufada isə 18:50-dən dayandırılıb.
Yanvarın 11-də səhər və günortadan sonra Saratov , Ulyanovsk, Samara və Kazan hava limanlarında oxşar məhdudiyyətlər tətbiq edilib. Bu addımlar “mülki aviasiya əməliyyatlarının təhlükəsizliyini təmin etmək üçün” atılıb.