Təbii ki, sabit, dinc Suriya üçün İspaniya və AB-nin Türkiyə ilə güclərini birləşdirməsi lazımdır.
Axar.az xəbər verir ki, bunu İspaniya xarici işlər naziri Xose Manuel Albares deyib.
Yaxın Şərqdə bir çox mövzuda, xüsusilə Fələstin məsələsində Türkiyə ilə əməkdaşlıq edən İspaniyanın bu siyasətini davam etdirəcəyini qeyd edən Albares Suriya məsələsində Türkiyə ilə fövqəladə işbirliyində olacaqlarını bildirib:
“Türkiyənin Yaxın Şərq və Suriyadakı rolu çox əhəmiyyətlidir, eyni zamanda İspaniya üçün də çox mühümdür. Hakan Fidanla görüşlərdən bəhrələnirəm. Çünki o, bölgədəki vəziyyəti mükəmməl bilir. Bu, mənim üçün xüsusi və vacibdir”.