Bakı. Trend:
Böyük Britaniyanın ən böyük qaz saxlama obyektinin operatoruolan “Centrica” şirkəti Britaniyada qaz ehtiyatlarının təhlükəlihəddə azaldığını və soyuq hava şəraitindən sonra ölkənin cəmi birhəftəlik qaz tələbatını qarşılayacaq səviyyədə olduğunubildirib.
Trend xəbər verir ki, BöyükBritaniya evlərin istilik təchizatı üçün əsasən qaza güvənir vəeyni zamanda elektrik enerjisinin istehsalında da qazdan genişistifadə edir.
“Centrica” bəyanatında bildirib ki, Böyük Britaniyanın qazsaxlama obyektlərindəki ehtiyatlar ötən ilin eyni dövrü iləmüqayisədə 26 faiz azdır.
“Bu da anbarların təxminən yarı dolu olması deməkdir. Buvəziyyət Böyük Britaniyanın cəmi bir həftəlik qaz tələbatını ödəyəbiləcəyini göstərir”, – deyə bəyanatda qeyd olunub.
Avropadan fərqli olaraq, Böyük Britaniyada qaz ehtiyatlarınınsaxlanılması üçün məcburi hədəf mövcud deyil. Avropa enerji böhranızamanı qiymət artımı və təchizat narahatlıqlarını nəzərə alaraqbelə bir siyasət müəyyən edib.
“Biz enerji sistemimizdə qaz ehtiyatı saxlama roluna görəAvropadan fərqlənirik və bu fərqin nəticələrini indi daha aydınşəkildə görürük”, – deyə “Centrica”nın icraçı direktoru Kris Oşeavurğulayıb.