AZ

Almatıda Qazaxıstan-Britaniya Universiteti yandı

Almatıda Qazaxıstan-Britaniya Universitetinin binası yanıb.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi öz Telegram kanalında məlumat yayıb.

İdarədən vurğulanıb ki, ilkin məlumatlara görə, Tole Bi küçəsində yerləşən binanın 4-cü mərtəbəsindəki otaqlardan birinin tavanında yanğın baş verib.
 

Yanğının söndürülməsinə Respublika Fövqəladə Hallar Nazirliyinin 59 nəfər mütəxəssisi, Fövqəladə Hallar Departamentinin 16 ədəd texnikası, o cümlədən qaz və tüstüdən mühafizə xidmətinin dörd bölməsi cəlb olunub.

İdarə yanğının lokallaşdırıldığını da vurğulayıb.
Seçilən
10
1
news365.az

2Mənbələr