Müğənni Yeganə Mürsəlova “TikTok”-dakı videolarını silib.
Medianews.az axşam.az-a istinadla xəbər verir ki, sənətçi bu haqda “Qonaqcanlı” verilişində danışıb. O bildirib ki, bir müddət əvvəl TikTok-da yumor xarakterli videolar yayımlayıb:
“2, 3 milyon baxış sayı toplamışdı. Sonra onları sildim. Yığışdırdım… Gördüm ki, mənlik deyil”.
Qeyd edək ki, Yeganə Türkiyə vətəndaşı Fatih Akbudakla ailəlidir. Cütlüyün bir oğul övladı var.