AZ

Suriyada avtomobil qiymətləri 3 dəfə bahalaşıb- SƏBƏB

Suriyada avtomobil qiymətləri rekord həddə çatıb.

AzPost xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. Belə ki, İdlib bazarında xüsusilə Koreya maşınlarının qiymətində artım müşahidə olunur. İddialara görə, 2010-cu il Kia Rio-nun İdlib bazarında qiyməti Əsədin devrilməsindən əvvəl təxminən 3000 dollar olduğu halda, indi 15.000 dollara çatıb.

Əvvəllər 4500 dollara satılan 2012 model Kia Cerato indi 9 000 dollar, 2012 Hyundai Accent isə 5000-dən 12 min dollara qalxıb.

Qeyd edək ki, Koreya avtomobillərinə texniki qulluq asanlığı və ehtiyat hissələrinin mövcudluğu səbəbindən daha çox tələbat var.

Seçilən
18
azpost.info

1Mənbələr