AZ

Azərbaycan futbolunda maraqlı OLAY

"Şamaxı" qış təlim-məşq toplanışı çərçivəsində "Sabah" ilə yoxlama görüşündə üz-üzə gəlir.

Masazırda keçirilən oyun 90 dəqiqə yox, hər biri 40 dəqiqədən ibarət olan 3 hissə nəzərdə tutulub.

Qarşılaşmanın 3-cü hissəsində bölgə klubu maraqlı addımla yadda qalıb.

Belə ki, kasad heyəti nəzərə alan baş məşqçi Ayxan Abbasov 3-cü qapıçı Abdulla Seydəhmədovu sahə oyunçusu kimi meydana buraxıb.

O, "tələblər"in 2:0 öndə olduğu marçda stoper mövqeyində çıxış edir.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
28
sportinfo.az

1Mənbələr