Buxarestdə etiraz aksiyası başlayıb.
Buxarestdə Rumıniya Konstitusiya Məhkəməsinin prezident seçkilərinin ləğvi ilə bağlı qərarına qarşı genişmiqyaslı etiraz aksiyası başlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Agerpres agentliyi məlumat yayıb.
Alyansın lideri George Simion başlamazdan əvvəl jurnalistlərə bildirib ki, “Rumınların Birləşməsi üçün Alyans” partiyasının təşkil etdiyi etirazçıların əsas tələbləri prezident seçkilərinin ikinci turunun bərpası və prezident Klaus İohannisin istefasıdır.
Etirazçılar “Azadlıq!”, “İkinci raundu bizə verin!” şüarları səsləndirirlər. Qeyri-rəsmi məlumatlara görə, hazırda aksiyada 20 minə yaxın insan iştirak edir.
Tədbirin yerli vaxtla saat 23:00 radələrində başa çatması planlaşdırılır.