Moskva-İrəvan reysini həyata keçirən mülki təyyarə Mahaçqalada məcburi eniş edib.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Mahaçqalada məcburi eniş edən “Aeroflot” təyyarəsi artıq İrəvana uçuşunu bərpa edib.
Rusiya mediası yazır ki, təyyarə yanacağı bitdiyi üçün Dağıstanın paytaxtına təcili eniş etmək məcburiyyətində qalıb.