“Rəhbərlikdən də deyirlər ki, məsələ sonluğa doğru gedir. Dünən və bu gün rəhbərlikdən heç kimi görməmişik. Ona görə də bir söz deyə bilməyəcəm. Hər şey tamamlanmağa doğru gedir”.
İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Olavio Juninyonun transferi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Təcrübəli mütəxəssis Juninyonun “Sevilya”ya getməsini istədiyini bildirib: “Amma Juninyo tərəfdən baxsaq, bəlkə də düzgün qərar qəbul edir. Çünki özü həm braziliyalıdır. Braziliyanın ən böyük klublarından birinə gedir. Rəhbərlik də orada dəyişib. “Flamenqo”nun baş məşqçisi futbolçu kimi çox böyük uğurlar əldə etmiş biri olub. Birbaşa özü ilə təmasda olublar və ona bəzi fikirləri çatdırıblar”.
Baş məşqçi vurğulayıb ki, burada söhbətin tam finansdan getmir: “Braziliya mentaliteti rol oynayır. Braziliyadan da ona diqqət çox idi. Bəzi amillər var, hansı ki, onu mən bilmirəm. Ola bilər ki, braziliyalı olması “Flamenqo” seçiminə təsir edib”.
İdman.biz