AZ

Ucarın mərkəzində antisanitar vəziyyət hökm sürür VİDEO

Kanalizasiya sularının axıdıldığı kanal təmizlənmir.

Xezerxeber.az xəbər verir ki, tullantılarla dolmuş kanallarda yığılan çirkab ətrafa üfunət saçır..

Ucarın şəhərinin Mirzağa Əliyev küçəsinin sakinləri deyirlər ki, illərdir belə şəraitdə yaşayırlar.

Sakinlər iddia edirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciətlər ünvanlasalar da, məsələ öz həllini tapmayıb.

Məsələ ilə bağlı Ucar Rayon İcra Hakimiyyətindən bildirildi ki, kanalizasiyaların axıdıldığı xətt və kanalların təmizlənməsi bələdiyyələrin səlahiyyətindədir.

Ucar Şəhər bələdiyyəsindən "Xəzər Xəbər"ə verilən cavab isə belə oldu ki, problem həll üçün qurumun imkanları çatmır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
18
xezerxeber.az

1Mənbələr