AZ

"Mançester" 10 nəfərlə "Arsenal"a qalib gəldi

Bu gün İngiltərə kubokunun daha bir oyunu keçirilib.

Axar.az xəbər verir ki, turnirin 1/32 finalında "Arsenal" öz meydanlarında "Mançester Yunayted"i qəbul edib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatib. Qalib penaltilər seriyasında müəyyənləşib.

11 metrlik zərbələrdə daha dəqiq olan qonaqlar 5:3 hesablı qələbə qazanıb. Beləliklə, "Mançester Yunayted" 1/16 final mərhələsinə yüksəlib.

Matçın 61 dəqiqə qonaqların futbolçusu Dioqu Dalo qırmızı vərəqə alıb. 70-ci dəqiqədə isə meydan sahiblərinin lehinə penalti zərbəsi təyin olunsa da, Altay Bayandır Martin Edeqorun zərbəsini dəf edib.

Qeyd edək ki, Mançester təmsilçisi turnirin növbəti mərhələsində "Lester"lə qarşılaşacaq.

Seçilən
13
3
axar.az

3Mənbələr