Türkiyənin məşhur müğənnisi İrem Derici yıxılaraq xəsarət alıb.
Bu barədə "Sabah" qəzeti yazıb.
Hadisə müğənninin konsertindən əvvəl baş verib. Evdə yıxılan müğənni xəstəxanaya aparılıb. İrem Dericinin kəllə-beyin travması aldığı bildirilir.
Onun bu səbəbdən konserti təxirə saldığı bildirilir, ifaçı hazırda müalicə alır.
Mənbə: unikal.az