Bakı. Trend:
Xorvatiyanın hazırkı prezidenti Zoran Milanoviç seçkiməntəqələrindən 99,48 faiz məlumatların hesablanmasından sonraprezident seçkilərinin ikinci turunda 74,66 faiz səs toplayıb.
Trend-in məlumatına görə, bu barədə Xorvatiyanın Dövlət SeçkiKomissiyası bildirib.
Məlumata əsasən, 6755 seçki məntəqəsindən 6720-dən daxil olanməlumatlara əsasən, Z.Milanoviç 1 114 383 səs (74,66 faiz)toplayıb. Hakim Xorvatiya Demokratik Birlik partiyasınındəstəklədiyi müstəqil namizəd Draqan Primorats 378 172 səs (25,34faiz) toplayıb. Seçici fəallığı 44,16 faiz təşkil edib.
Qeyd edək ki, Milanoviç ötən il dekabrın 29-da keçirilən birinciturda seçicilərin 49,09 faizinin, onun əsas rəqibi Primorak isə19,35 faizinin dəstəyini qazanıb.