AZ

Xorvatiyada prezident seçkiləri:II turun nəticələri açıqlandı -ZORAN MİLANOVİÇ 74,66 % SƏSLƏ QALİBDİR

Xorvatiyanın seçki məntəqələrinin 99,48 %-nin məlumatlarına əsasən ölkənin hazırkı lideri Zoran Milanoviç prezident seçkilərinin ikinci turunda səslərin 74,66 %-ni toplayıb.

 

“Report”un xəbərinə görə, bu barədə respublikanın Dövlət Seçki Komissiyasından (DSK) məlumat verilib.

 

Məlumata görə, 6 720 seçki məntəqəsindən 6 755-dən alınan məlumatlara əsasən Milanoviç 1 114 383 seçici səsini (74,66 %) toplayıb. Hakim "Xorvatiya Demokratik Birliyi" Partiyası tərəfindən dəstəklənən müstəqil namizəd Draqan Primoratz isə 378 172 səs (25,34 %) toplayıb.

 

Qeyd edilir ki, seçici fəallığı 44,16 % təşkil edib.

 

Milanoviç ötən il dekabrın 29-da keçirilən ilk turda seçicilərin 49,09 %-nin, onun əsas rəqibi Primoratz isə 19,35 %-nin dəstəyini qazanıb.

[media=https://www.youtube.com/watch?v=UlGeMKxnk7M]


Seçilən
9
2
senzor.az

10Mənbələr