Xorvatiyanın hazırkı prezidenti Zoran Milanoviç seçki məntəqələrindən 99,48 faiz məlumatların hesablanmasından sonra prezident seçkilərinin ikinci turunda 74,66 faiz səs toplayıb.
Publika.az xəbər verir ki, bu barədə Xorvatiyanın Dövlət Seçki Komissiyası bildirib.
Məlumata əsasən, 6755 seçki məntəqəsindən 6720-dən daxil olan məlumatlara əsasən, Z.Milanoviç 1 114 383 səs (74,66 faiz) toplayıb. Hakim Xorvatiya Demokratik Birlik partiyasının dəstəklədiyi müstəqil namizəd Draqan Primorats 378 172 səs (25,34 faiz) toplayıb. Seçici fəallığı 44,16 faiz təşkil edib.