Suriyanın yeni hakimiyyət orqanları ölkədə təhsilin pulsuz olmasına çalışır.
\"Report\"un \"Al Jazeera\" telekanalına istinadən verdiyi məlumata görə, bunu keçid hökumətinin təhsil naziri Nazir əl-Qadiri deyib.
\"Hökumət təhsilin pulsuz olmasına çalışır - bu, hər bir suriyalının hüququdur. Biz Suriya xalqının istəklərinə cavab verən yeni təhsil layihəsi üzərində işləyirik\", - o deyib.