AZ

Braziliyada torpaq sürüşmələri 9 nəfərin həyatına son qoydu

Braziliyanın cənub-şərqindəki Minas-Jerays ştatında baş verən torpaq sürüşməsi nəticəsində azı 9 nəfər ölüb, daha bir nəfər itkin düşüb.

Demokrat.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “CNN Brasil” telekanalı dövlət yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

Minas Jerays ştatında 180 günlük fövqəladə vəziyyət elan edilib. Bazar günü gecə bölgəyə yağan güclü yağışlar nəticəsində yaranan torpaq sürüşməsi ən çox ziyan 220 mindən çox əhalisi olan İpatinqa bələdiyyəsinə dəyib. Həlak olanların hamısı İpatinqa sakinləridir, dağıntılar nəticəsində 150 ​​nəfər evsiz qalıb.

Seçilən
23
4
demokrat.az

5Mənbələr