AZ

Çox sayda Hollivud ulduzu meşə yanğınlarında evlərini itirib

Yazını böyüt
Yazını kiçilt

ABŞ hökuməti hələ də Kaliforniyadakı meşə yanğınlarını nəzarətə götürə bilmir. Bir çox məşhurların yaşadığı Pacific Palisades və Malibunun prestijli bölgələrində yanğın davam edir.

Hafta.az-ın yazdığına görə, qurbanlar arasında Paris Hilton da var. 43 yaşlı realiti-şou ulduzu Malibudakı evinin yanmasını televiziya xəbərlərində canlı izləməli olub: “Ailənimlə xəbərləri izləmək və Malibudakı evimizin alov içində yandığını görmək bizim üçün böyük şok oldu".

Aktrisa yanğınlarda zərər çəkən bütün ailələrə və evlərini itirənlərə başsağlığı verib.

Kaliforniyada yanğın külək səbəbindən sürətlə geniş əraziyə yayılıb. Təbii fəlakət bir çox evi dağıdıb, on minlərlə insan təxliyə olunub. Yanğınla mübarizə hələ də davam etdirilir.

Artıq evlərini itirmiş məşhurlar arasında Anna Faris, Adam Brodi, Leygton Mister, Spenser Pratt və Haydi Montag, Ceyms Uids, Eugene Levi, Miles və Kelli Teller, Con Qudman və başqaları var. Xüsusilə, Entoni Hopkinsin külə dönmüş 6 milyon dollarlıq villası diqqət çəkir.

Jamay Li Kurtis, Mark Hamill və Mandi Mur evlərini tərk etmək məcburiyyətində qalıblar. Jamay Li Kurtis deyir ki, o və ailəsi təhlükəsizdir, lakin onun məhəlləsi və evi yanır. 66 yaşlı “Oskar” laureatı bir çox dostlarının əmlakını itirdiyini qeyd edib.

Sakit okean sahili Pelisadesdəki məşhurların da evləri yanğına məruz qalıb. Adam Sandler, Ben Afflek, Tom Hanks və Steven Spielberg ziyana düşənlər sırasındadır.

Həmçinin, aktyor Mel Gibsonun 14,5 milyon dollarlıq evi yanıb. Həmin vaxt aktyor Co Roqan Texasda podkastda idi. Mel Gibson “NewsNation”a bildirib ki, podkasti yazarkən o, məhəlləsinin yandığını bilirdi, lakin gözləməkdən başqa çarəsi yox idi.

Mel illərdir bu evi satmağa çalışıb və hətta qiyməti 3 milyon dollara endirib. İndi aktyor itirilmiş əşyalardan çox xatirələrə önəm verir.

Bu arada, türkiyəli aktyor Beren Saat və müğənni Kənan Doğulunun sözügedən ərazidə 1,2 milyon dollara aldıqları evləri də bu fəlakətdən zərər çəkib. Yanğında böyük ziyan görən evin vəziyyəti məşhur cütlüyü dərindən kədərləndirib.

Hadisələri Türkiyədən izləyən Beren Saat və Kənan Doğulu yanğınlar nəzarət altına alındıqdan sonra evlərinə dəyən ziyanı qiymətləndirmək üçün ABŞ-a gedəcək.

Cütlük bu evi 2014-cü ildə alıb və bir müddət burada yaşayıb.

Xatırladaq ki, güclü küləyin təsiri altında sürətlə yayılan yanğınlar indiyədək 37 min hektardan çox ərazini məhv edib. 16 nəfərin həlak olduğu yanğınlar 12 mindən çox binanı yararsız hala salıb.

Seçilən
11
hafta.az

1Mənbələr