Qondarma Donetsk Xalq Respublikasının Dimitrov ərazisindən (Ukrayna adı - Mirnoqrad) Konstantinovkaya gedən yolun qarşısı kəsilib.
Bu barədə TASS Rusiya təhlükəsizlik orqanlarına istinadən məlumat yayıb
Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin (VSU) adıçəkilən ərazidə maddi-texniki təminatı ciddi şəkildə pozulub.
"Malinovka ərazisində magistral yol kəsilib”, - deyə hüquq-mühafizə orqanlarından bildirilib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural