Demokrat.az Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses aprelin 2-nə təyin edilib.
Şikayət Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: Lənkəran Ağır Cinayətlər Məhkəməsi keçmiş məmur A.Abdullayevi Cinayət Məcəlləsinin 308.1 və 311.3.3-cü (Vəzifə səlahiyyətlərindən su-istifadə və külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilib. Ona 9 il həbs cəzası təyin edilib. A.Abdullayevlə birgə təqsirləndirilən və həmin idarədə meşəbəyi kimi çalışmış F.Babayev isə cinayətdə iştirakda təqsirli bilinib. Ona 8 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəzası sınaq müddəti təyin edilməklə şərti hesab edilib. Şirvan Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Xatırlatma: A.Abdullayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla tutulmuşdu. İstintaqla Amil Abdullayevin rəhbərlik etdiyi qurumun balansında olan meşə təyinatlı torpaq sahəsindən müxtəlif məqsədlər üçün istifadə müqabilində vətəndaşdan ümumilikdə 14 min 900 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
8Mənbələr
-
teleqraf.comMehmet Şahan barəsində bəraət hökmünün çıxarılmasını istəyir – Şikayət ( 15081965)
-
avtosfer.azBir milyonluq dələduzluqla bağlı bəraət alan şəxs həbs olunub ( 15024021)
-
bakivaxti.azDələduzluqla bağlı bəraət alan şəxs məhkəmədə həbs olundu ( 15017097)
-
Shafaqadogru.com“Qoca”nın qaçdığına görə həbs olunan polkovnik bəraət istədi ( 14986343)
-
demokrat.azRüşvət alan keçmiş məmur azadlığa çıxmaq istəyir ( 14747271)
-
bizim.mediaRüşvət alan keçmiş məmur azadlığa çıxmaq istəyir ( 14745731)
-
pravda.azRüşvət alan keçmiş məmur azadlığa çıxmaq istəyir ( 14745565)
-
mia.azŞirkət və rəhbərləri məhkəmə hökmündən şikayət ediblər ( 14642423)