12.01.2025-ci il tarixində saat 21:50 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 3 nəfər (2 qadın, 1 kişi cinsli), Uşaq Xəstəxanasına isə 2 nəfər (1 qadın, 1 kişi cinsli) hospitalizasiya olunub.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Dəm qazının toksiki təsiri diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlar ambulator müalicə üçün evə buraxılıblar.
***
08:02
Sumqayıtda 3 azyaşlı olmaqla bir ailənin 5 üzvü dəm qazından zəhərlənib. Hadisə 18-ci məhəllədə qeydə alınıb.
Dəm qazından zəhərlənən şəxslər 1981-ci il təvəllüdlü İlqar Adil oğlu Süleymanov, onun həyat yoldaşı 1986-cı il təvəllüdlü Könül Zakir qızı Süleymanova, övladları 2006-cı il təvəllüdlü Yetər İlqar qızı Süleymanova, 2007-ci il təvəllüdlü Türanə İlqar qızı Süleymanova və 2008-ci il təvəllüdlü Ülvi İlqar oğlu Süleymanovdur.
Zəhərlənənlər dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinf.az"