AZ

Çində borcların ödənilməsi üçün satılmamış mənzillər istifadə olunur – ÖZƏL

Çində yerli özünüidarəetmə orqanları, tikinti sektorunda yaranmış çətinliklər fonunda, satılmamış mənzillərdən borcların ödənilməsi üçün istifadə etməyə başlayıblar. 

Olaylar.az xəbər verir ki, bi barədə The Wall Street Journal məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, belə bir təcrübəyə Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda rast gəlinib. Burada bir qaz təchizatçısı dövlət müəssisələrindən 25 milyon dollar borcu bağlamaq məqsədilə Çanji şəhərində yerləşən yaşayış kompleksindəki 260 tamamlanmamış mənzili qəbul edib.

Milli Maliyyə və İnkişaf İnstitutunun baş elmi işçisi Bryus Panq bu yanaşmanı "heç nə ilə müqayisədə daha yaxşı" adlandırıb.

Qeyd edək ki, 2022-ci ildə Çində alıcı tapılmadığı üçün "şəhər-qəsəbələrdə" yerləşən yeni tikililərin sökülməsinə başlanılmışdı. Bu dövrdə daşınmaz əmlakın qiymətləri kəskin şəkildə aşağı düşmüş, ekspertlər isə bu vəziyyəti artıq istehsal böhranı ilə izah etmişdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr