Futzal üzrə Azərbaycan millisinin Bakıda Yunanıstana qarşı keçirəcəyi AVRO-2026-nın əsas mərhələsinin oyunu üçün təyinatlar bəlli olub.
Apasport.az xəbər verir ki, qarşılaşmaya Norveç və Almaniyadan olan ədalət təmsilçiləri təyinat alıblar.
Hakimlər Telmen Undrax (Norveç), Yakob Pavlovski (Almaniya), Daq Erik Tanqvik (Norveç) olacaq. Hakim-inspektor vəzifəsini Sreten Vasiç (Serbiya) yerinə yetirəcək. UEFA nümayəndəsi isə Vladimir Kolbasyuk (Moldova) olacaq.
Qeyd edək ki, Azərbaycan - Yunanıstan görüşü fevralın 4-də, saat 20:00-da başlayacaq.
“Turan Tovuz” Türkiyədə məğlub olub
Rəşad Sadıqov: “Hazırlıq prosesi məni qane etmədi”
Emreli növbəti dəfə fərqləndi
Qurban Qurbanov: “İstəyərdim ki, Juninyo “Sevilya”ya getsin”
“Qarabağ” “Zirə”ni məğlub etdi