AZ

Tramp Cənubi Qafqazdakı proseslərə daha rasional yanaşacaq - Ekspert

Yazını böyüt
Yazını kiçilt

“Ümid edirik ki, ABŞ-ın Tramp Admnistrasiyası Bayden və digər sələflərinin səhvlərni təkrar etməyəcək. Gözləntilərimiz onunla bağlıdır ki, Birləşmiş Ştatlar II Qarabağ müharibəsindən sonra regionda formalaşmış yeni geosiyasi reallıqları qəbul etsin”.

Bu barədə hafta.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli ABŞ-ın yeni prezidenti Donald Tramp dövründə Amerika-Azərbaycan əlaqələrində hansı dəyişikliyin olacağı ilə bağlı açıqlamasında bildirib.

M.Məmmədli Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsndə dediyi fikirlərə istinad edərək, ABŞ-ın yeni prezidenti Donald Trampın Azərbaycanla münasibətlərin normallaşmasına töhfə verəcəyinə böyük ümidlə yanaşdığını qeyd edib. O, bunu ölkə başçısının da vurğuladığı kimi, Trampın birinci prezidentliyi dövründə ABŞ-Azərbaycan əlaqələrinə istinadən ehtimal edib.

 Ekspert Donald Trampın II prezidentliyi dövründə ABŞ-Azərbaycan əlaqələri haqqında danışarkən iki başlıca məqama diqqət çəkib.

“Bunlardan biri Trampın prezidentliyi dövründə - 2017-2021-ci illərdə ABŞ-Azərbaycan əlaqələrində heç bir problemin yaşanmadığıdır. Əksinə, həmin dövrdə bir çox istiqamətlərdə iki ölkə arasında isti əlaqələr müşahidə olunub. Bu da belə bir ehtimalı yaradır ki, Trampın II prezidentliyi dövründə də ABŞ-Azərbaycan münasibətləri isti axarına qayıdacaq.

Diqqətlə izlənən II məsələ, Trampın dünya siyasəti və postsovet məkanı ilə bağlı baxışları, onun bizim üçün də vacib olan mühafizəkar dəyərlərlə bağlı fikirləridir. Bu məqamı da iki dövlət arasında münasibətlərə müsbət təsir göstərəcək amil kimi nəzərdən keçirə bilərik. Hər hada Tramp Bayden Admnistrasiyasından fərqli olaraq Cənubi Qafqazda proseslərə daha rasional yanaşacaq. Azərbaycanın mövqeyini, maraqlarını nəzərə alacaq.

Gözləntilərimiz onunla bağlıdır ki, Birləşmiş Ştatlar II  Qarabağ müharibəsindən sonra regionda formalaşmış yeni geosiyasi reallıqları qəbul etsin”.

 Ekspert ABŞ-ın Bayden Admnistrasiyası dövründə iki ölkə arasında yaranan problemlərə diqqət çəkib. O, bir daha qeyd edib ki, Bayden Admnistrasiyasının Azərbaycana ədalətsiz, qərəzli yanaşması,  ermənipərəst siyasəti ABŞ-Azərbaycan münasibətlərinə ciddi ziyan vurdu, böhranlı vəziyyət yaratdı.

Seçilən
7
hafta.az

1Mənbələr