İspaniya La Liqasının 19-cu turunda "Osasuna"nı məğlub edən (1:0) "Atletiko Madrid" yeni rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Opta Sport" yayıb.
Mənbənin məlumatına görə, paytaxt klubu bu mövsüm əldə etdiyi ardıcıl qələbələrin sayına görə özünün rekordunu yeniləyib.
Dieqo Simeonenin baş məşqçisi olduğu komanda bu mövsüm bütün turnirlərdə 14 qələbə qazanıb. Bunun 8-i La Liqa görüşlərinə, 3-ü UEFA Çempionlar Liqası və daha 3-ü İspaniya Kubokuna təsadüf edib.
"Atletiko"nun əvvəlki rekordu 2012/13 mövsümündə əldə olunub. Madridlilərin həmin uğurlu seriyası 2012-ci ilin avqust-oktyabr aylarında 13 matçdan ibarət olub.
Qeyd edək ki, "Atletiko" La Liqada 19 turdan sonra 44 xalla turnir cədvəlinə başçılıq edir.