AZ

Pezeşkianın Rusiya səfərinin səbəbi bilindi – Müharibə riski

İran prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmaq və “Hərtərəfli Strateji Tərəfdaşlıq” sazişini imzalamaq üçün yanvarın 17-də Moskvaya səfər edəcək.

Teleqraf.com xəbər verir ki,bu barədə İranın diplomatik mənbələrinə istinadla “Kommersant” məlumat yayıb.

Rusiya nəşri yazır ki, yeni sənəd 2001-ci ildə köhnəlmiş müqaviləni əvəzləyəcək və Qərblə kəskin münaqişə kontekstində Moskva ilə Tehran arasında münasibətlərin səviyyəsini yüksəldəcək:

“Moskva ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq prioritetlərdən biri olacaq”.

Bildirilir ki, İranla müharibəni və Tehranın nüvə obyektlərinə hücumları istisna etməyən ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi ərəfəsində Rusiya və İran yaxınlaşma istiqamətində qəti addım atacaq.

Xatırladaq ki, Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək. ABŞ-nin seçilmiş prezidenti həmin gündən yeni vəzifəsinin icrasına başlayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
6
teleqraf.com

1Mənbələr