Abşeronda Pakistan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə rayon ərazisində yerləşən zavodlardan birində qeydə alınıb.
Belə ki, zavodda fəhlə işləyən Pakistan vətəndaşı, 2003-cü il təvəllüdlü Harı Prakashın üzərinə hava pəri aşıb. O, aldığı xəsarətlərdən götürüldüyü xəstəxanada ölüb.
Digər Pakistan vətəndaşı olan fəhlə isə Sumqayıtdakı xəstəxanaya yerləşdirilib. O, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.