Serbiya beynəlxalq sanksiyalara görə Rusiyadan silah almağı dayandırıb.
“AzPolitika” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Belqrad Rusiyanın müdafiə sənayesindən uzaqlaşır və Qərb tərəfdaşları ilə böyük hərbi müqavilələr bağlayır.
Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Milan Moysiloviç bildirib ki, beynəlxalq sanksiyalar Moskvaya təzyiqləri artırdığı üçün Belqrad bundan sonra İsrail və Çin kimi ölkələrdən, eləcə də Qərbdən hərbi texnika alacaq.
General qeyd edib ki, bəzi sazişlər ləğv edilib, digərləri isə beynəlxalq münasibətlərin normallaşması və razılaşmaların həyata keçirilməsinə imkan yaratmaq ümidi ilə təxirə salınıb. Ləğvlərin hansı silah sistemi satınalmalarına təsir etdiyi bəlli deyil.Serbiya Sovet və Rusiya istehsalı olan avadanlıqların mövcud ehtiyatlarını saxlamaq üçün davamlı ehtiyat hissələri təchizatı sistemi yaratmağı bacardığını açıqlayıb.
Qeyd edək ki, NATO-dan kənarda qalmaqla hərbi neytrallıq siyasəti yürüdən Serbiya da Avropa Birliyinə üzv olmaq arzusundadır. 2024-cü ilin oktyabrında Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin Aİ-yə üzvlük səylərini sürətləndirməkdə qərarlı olduğunu dilə gətirib.
Bu siyasi mövqe Belqradın Rusiya müdafiə sənayesindən uzaqlaşmasına və Fransadan 12 “Rafale” qırıcı təyyarəsinin alınması kimi böyük hərbi müqavilələri Avropa ölkələrinə yönəltməsi ilə nəticələnib. Eyni zamanda, Serbiya İsrail və Çinlə hərbi əməkdaşlığı gücləndirməkdə davam edir. Serbiya ordusu Çin istehsalı olan” FK-3” hava hücumundan müdafiə sistemlərinin Serbiya Hərbi Hava Qüvvələrinin inventarına daxil olduğunu açıqlayıb.
Ayrı-ayrılıqda, İsrailin “Elbit” hərbi şirkəti 2024-cü ilin noyabrında 335 milyon dollar dəyərində “PULS” raket artilleriya sistemləri və “Hermes 900” pilotsuz təyyarələrini Serbiyaya çatdırıldığına dair də KİV-lər də müxtəlif məlumatlar yayılıb.
“AzPolitika.info”