AZ

ABŞ NATO-dan çıxmayacaq

ABŞ-ın yeni prezidenti Donald Tramp vəzifəsinin icrasına bsşlayandan sonra, NATO-dan çıxmayacaq, əksinə alyansın daha da güclənməsinə çalışacaq.  Bu barədə Fox News-ə  Respublilaçılar partiyasından seçilmiş  senator Cim Riş məlumat verib.

 "Mən hesab edirəm ki, Rusiyanın hərəkətləri hamıya göstərdi ki, NATO-nun yaradıcıları birliyimizin qorunması üçün tam düzgün  qərar veriblər"-deyə bildirən senator, daha sonra əlavə edib ki, Vaşinqton bundan sonra da avropalı tərəfdaşlarını alyansın hərbi xərclərinin artırılmasına dəstək olmağa çağıracaq.

 Riş, ABŞ-ın NATO-dan çıxacağı ilə bağlı yayılan xəbərləri təkzib edib və bildirib ki, "Kimlər düşünə bilər ki, ABŞ alyansı tərk etməlidi?  NATO həqiqətən lazımdır və onun güclənməsi üçün daha çox çalışmalıyıq".

 Rüstəm Havıyev

Seçilən
6
adalet.az

1Mənbələr