Xəbər verdiyimiz kimi, “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Nail Abdullayev Bakıda idarə etdiyi "Mercedes" markalı, 77-YD-054 dövlət nömrə nişanlı avtomobillə piyadanı vuraraq, ölümünə səbəb olub.
Axar.az xəbər verir ki, 1980-ci il təvəllüdlü Abdullayev bu vəzifəyə 2024-cü ilin iyunun 1-də təyinat alıb.
Nail Abdullayev Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyatın tənzimlənməsi üzrə bakalavr təhsili, Bahçeşehir Universitetində biznesin idarə edilməsi (MBA) üzrə isə magistr təhsili alıb.
2013-cü ildən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində olan qurumlarda, o cümlədən SOCAR Türkiye Qrupunda müxtəlif rəhbər vəzifələrdə çalışıb.