“Çiçək” ləqəbli aparıcı Şəhla Vakkas uzun müddət sonra ekrana qayıdır.
News24.az olay-a istinadla xəbər verir ki, bu barədə o, “Rəngarəng səhər” verilişində danışıb.
Şəhla deyib ki, bu gün TMB-də yeni verilişi başlayır və ilk qonağı Xalq artisti Nazpəri Dostəliyevadır.
"Çiçəy"in MTV Azərbaycan-da mavi ekrana qayıtması planlaşdırılırdı. Lakin kanalın icraçı direktoru Fariz Əliyevin erkən ayrılışı ilə bu plan baş tutmadı.