AZ

Yeddi uşağın ölüm işi: Mehriban Abasquliyeva ifadə verməkdən imtina etdi

"Respublika Perinatal Mərkəzi" PHŞ-də baş vermiş yanğınla bağlı məsuliyyətə cəlb edilən direktor Mehriban Abasquliyeva, mərkəzin anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Mehriban Abasquliyevanın vəkili Əliövsət Abasov çıxış edib: "Noyabrın 14-də hakimə müraciət etmişəm, mütəxəssisin iştirakı ilə hadisə yerinə baxış keçirlməsini istəmişəm. Bizi mərkəzə içəri buraxmırlar".

Hakim Leyla Əsgərova-Məmmədova təqsirləndirilən şəxs Mehriban Abasquliyevaya sərbəst ifadə verməyi təklif edib.

Təqsirləndirilənin vəkilləri isə müvəkkillərinin hazırkı mərhələdə ifadə vermək istəmədiyini bildiriblər.

Dövlət ittihamçısı Orxan Səmədov Mehriban Abasquliyevanın ifadə vermək istəməməsini ifadə verməmək kimi qiymətləndirib. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib.

İttiham aktından olan ifadədən məlum olub ki, Mehriban Abasquliyeva cəmi 11 ay Perinetal Mərkəzin direktoru işləyib. Növbəti iclasda Mehriban Abasquliyevanın digər ifadələri elan olunacaq.

Məhkəmə prosesi fevral ayının 10-da davam edəcək .

Qeyd edək ki, ötən ilin yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Seçilən
20
27
publika.az

10Mənbələr