AZ

İranda güclü ZƏLZƏLƏ oldu

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Behbəhan rayonunda 4 bal gücündə zəlzələ baş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb. 

Məlumata görə, yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib. 

Qeyd edək ki, 4 yanvarda Xuzistan vilayətinin Məscid Süleyman rayonunda 5,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 200-dən çox evə ziyan dəyib. 

Bizim.Media

Seçilən
6
50
bizim.media

10Mənbələr