AZ

"Milan"ın sabiq futbolçusu karyerasını başa vurdu

Danimarka millisinin və İtaliyanın "Milan" klubunun sabiq futbolçusu Simon Kyer karyerasını başa vurub.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, 35 yaşlı müdafiəçi bu barədə "TV 2 Sport"a müsahibəsində bildirib.

O, AVRO-2024-dən bir il əvvəl bu barədə düşündüyünü bildirib:

"Karyeramı "Milan"da bitirmək istəyirdim, bu, ən yaxşı seçim idi".

Qeyd edək ki, son olaraq 2024-cü ilin əvvəlində "Milan"ın formasını geyinən Simon Kyer İspaniyada "Sevilya", Türkiyədə "Fənərbağça"nın uğurları üçün də çalışıb.

Seçilən
2
50
bakivaxti.az

10Mənbələr