AZ

Çay içmək ömrü uzadır? Alimlər cavabladı

2022-ci ildə aparılan bir araşdırma, gündə iki və ya daha çox fincan çay içməyin ölüm riskini 9-13 faiz azalda biləcəyini ortaya qoyub. Bununla belə, mütəxəssislər çayın bir sıra sağlamlıq faydaları olduğunu qeyd edirlər.

News24.az xəbər verir ki, qara çayın tərkibində olan antioksidanlar ürək xəstəliyi, xərçəng və tip 2 diabet kimi xəstəliklərin riskini azaltmağa kömək edə bilər. Flavonoid adlanan bu birləşmələrin xolesterin və təzyiqə müsbət təsir göstərərək ürək sağlamlığını dəstəklədiyi bildirilir.

2017-ci ildə aparılan bir araşdırma, çay içən fərdlərdə ürək xəstəliyi və infarkt riskinin çay içməyənlərə nisbətən müvafiq olaraq 8 və 10 faiz daha az olduğunu müəyyən edib.

Avstraliyanın Nyukasl Universitetindən qidalanma mütəxəssisi Quan Vuong yaşıl çayın yüksək katexin ehtiva etdiyini, lakin qara çayın antioksidan xüsusiyyətlərini itirmədiyini qeyd edir.

Bağırsaq sağlamlığına da əhəmiyyətli təsirləri olan qara çay, tərkibindəki polifenol komponentləri sayəsində zərərli bakteriyaların azalmasına və faydalı bakteriyaların artmasına kömək edir.

Eyni zamanda, başqa bir araşdırma göstərib ki, qara çay bağırsaq sağlamlığını yaxşılaşdıraraq arıqlamağa kömək edə bilər.

Çay zehni performansı yaxşılaşdırmaqda və stresslə mübarizədə də təsirlidir. Qara və yaşıl çayın tərkibindəki L-theanine və kofein amin turşusu diqqəti cəmləşdirməyə kömək edərkən, kofein çayda daha yavaş udulduğu üçün enerji daha uzun müddət təmin edilir. L-theanine də diqqəti yaxşılaşdırmaq, yaddaşı dəstəkləmək və stressi azaltmaq kimi faydalara malikdir.

Çay içməyin rahatlaşdırıcı təsiri təkcə onun kimyəvi komponentləri ilə deyil, həm də aromatik xüsusiyyətləri ilə bağlıdır.

Bir çox elmi araşdırmalara görə, müntəzəm olaraq çay içmək müxtəlif xəstəliklərin riskini azaldır, daha sağlam və uzun ömür qapısını açır.

Günel Məlikzadə

Seçilən
6
news24.az

1Mənbələr