AZ

“Qalatasaray”dan İlkaya təklif

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu İlkay Gündoğan iki seçim qarşısındadır.

Msport.az “The Sun”a istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçinin karyerasını Türkiyədə davam etdirmək ehtimalı var.

“Qalatasaray” oyunçuya həftəlik 150 min sterlinq maaş və 2 illik müqavilə təklif edir. Pep Qvardiola Gündoğanın məşqçilər heyətində olmasını istəyir.

Qeyd edək ki, almaniyalı bu mövsüm 26 qarşılaşmada meydana çıxıb. Bu görüşlərdə 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Seçilən
8
msport.az

1Mənbələr