AZ

Orduda cinayətlərin qarşısının alınması məqsədilə tədbirlər planı İMZALANDI

Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.

Viral.az xəbər verir ki, bu barədə MN-dən bildirilib.

Məlumata görə, 2025-ci ildə Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.

Son Yazılar:

Planda cari il ərzində nəzərdə tutulan birgə tədbirlər, icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyənləşdirilib.

2025-ci il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində hərbi qulluqçularla keçiriləcək görüşlərdə şəxsi heyətin hüquqi maarifləndirilməsi, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlərin və digər fəaliyyətlərin icra olunması öz əksini tapıb.

 

 

Seçilən
2
23
viral.az

10Mənbələr