AZ

FHN: Masallıda fərdi yaşayış evi yanıb VİDEO

Bakı, 13 yanvar, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Masallı rayonunun Birinci Səmədxanlı kəndində fərdi yaşayış evində yanğın barədə məlumat daxil olub.

Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə ilə əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli fərdi yaşayış evindəki yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində beşotaqlı fərdi yaşayış evinin iki otağı və mətbəxi 70 kvadratmetr sahədə, mansardın yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Seçilən
0
27
azertag.az

10Mənbələr