AZ

Bilgəhdə suiti və quşların ölüm səbəbi ARAŞDIRILIR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Xəzər dənizinin Bilgəh qəsəbəsi sahilində leşləri aşkarlanan suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətlərinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən onlardan nümunələr götürülüb".
Oxu.Az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev bildirib.
Xidmət rəsmisinin sözlərinə görə, analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, bu gün səhər saatlarında Bilgəh qəsəbəsi sahilində üç suiti, üç quş leşi aşkarlanıb.
Aləmdə Nəsib
Seçilən
19
50
oxu.az

10Mənbələr