AZ

Bugünədək 12 normativ hüquqi akt layihəsi təsdiqlənib

Bakı, 13 yanvar, AZƏRTAC

2024-cü il ərzində Rəqabət Məcəlləsinin tətbiqindən irəli gələn 21 normativ hüquqi akt layihəsi hazırlanıb və bugünkü tarixədək onlardan 12-si təsdiq edilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırlanan sənədlər rəqabət inzibatçılığı, rəqabəti məhdudlaşdıran sazişlər, iqtisadi təmərküzləşmələr, təbii inhisar sahəsində dövlət tənzimləməsi, rəqabət qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxılma və digər sahələri əhatə etməklə, rəqabət qanunvericiliyinin tətbiqində səmərəliliyin artırılmasına istiqamətlənib.

 

Seçilən
11
4
azertag.az

5Mənbələr