1991-ci ildə çəkdirdiyi foto 7 milyon dəfə izlənildi
Monika Belluççinin nadir fotolarından biri sosial şəbəkələrdə yenidən gündəm olub.
Demokrat.az xəbər verir ki, aktrisanın sözügedən şəkili 1991-ci ildə "Victoria Secret" kataloqundan çəkilib.
Belluççinin modellik karyerasının ilk illərində çəkdiyi şəkil "X" sosial platformasında yayılıb.
Qısa müddət ərzində yeddi milyondan çox baxış toplayıb.
Aktrisa 1991-ci ildə "Victoria"s Secret Spring Preview" kataloquna çəkilməkü üçün poz verib. Bu onun məşhur alt paltar markası ilə ilk əməkdaşlıqlarından biri oldu.
Belluççinin 1991-ci ildəki şəkili sosial media istifadəçiləri arasında nostalji hissləri yaradıb.
Aktrisanın sonsuz gözəlliyi onun öz nəslinin ən məşhur aktrisa və modellərindən biri statusunu möhkəmləndirdi.
90-cı illərin əvvəllərində "Victoria"s Secret" ilə işi onun artan şöhrətinə töhfə verdi.