Bakı. Trend:
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Təhsilinİnkişafı Fondu (TİF) və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin(TKTA) rəhbərləri və əməkdaşları, eləcə də VISA və Kapital Bankınnümayəndələri ilə görüş keçirilib.
Görüşün məqsədi UNEC-də “TələbəPlus” və “IELTS imtahanınatəşviq” layihələrinin reallaşdırılması olub.
Rektor professor Ədalət Muradov qonaqları salamlayaraq, “UNEC”brendinin yaradılması, tələbə məmnuniyyətinin təmin olunması, eləcədə müəllim və tələbələrin ingilis dili bacarıqlarının daha dainkişaf etdirilməsi istiqamətlərində görülmüş işlərdən danışıb.Rektor 2015-ci ildən təsdiqlənmiş “UNEC” brendinin dünyanın bir çoxölkələrində tanındığını diqqətə çatdıraraq, bu istiqamətdə qarşıdaduran hədəflərdən bəhs edib. Həmçinin UNEC-də APTİS imtahanlarındabütün bacarıqlar üzrə “C” və IELTS nəticəsi 8.0 olan ingilis dilimüəllimlərinin əmək haqlarının 15 faiz, 8.5 olanların isə 30 faizartırıldığını bildirib. Prof.Ədalət Muradov IELTS nəticəsi 7.0 vədaha yuxarı olan tələbələrin isə XDİAK fənlərindən azad olaraq, 100balla qiymətləndirildiklərini diqqətə çatdırıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur NəsibovUNEC-də həyata keçirilən yeniliklərin təhsil ictimaiyyətinisevindirdiyini bildirərək, Fondun təhsilin inkişafına yönəlmişproqramlarından, o cümlədən “TələbəPlus” və “IELTS imtahanınatəşviq” layihələrinin önəmindən bəhs edib. O, “TələbəPlus” layihəsiçərçivəsində Mədəniyyət Nazirliyinin tabeliyində olan muzey vəteatrlarda, eləcə də alış-veriş və iaşə obyektlərində tələbələringüzəştlər əldə edə biləcəyini və gələcəkdə bu siyahının daha dagenişləndiriləcəyini qeyd edib.
“IELTS imtahanına təşviq” layihəsindən söz açan TİF sədribildirib ki, layihə elmi-pedaqoji heyətin və təhsilalanlarıningilis dili biliklərinin artırılmasını təşviq etmək məqsədiləreallaşdırlılır. UNEC-in müəllim və tələbələri 6.5 və daha yüksəkIELTS nəticəsi əldə etdikləri halda, onların ödənişlərinin geriqaytarılması Fond tərəfindən təmin ediləcək.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədriTural Əhmədov “IELTS imtahanına təşviq” layihəsinin əhəmiyyətindənsöz açıb. Tələbələrin xarici dil biliklərinin olmasının onlarınbeynəlxalq akademik mühitdə daha rahat fəaliyyət göstərmələrinəimkan yaratdığını, eləcə də IELTS sertifikatı qazanmış gənclərinyerli və beynəlxalq əmək bazarında rəqabətqabiliyyətli kadrlar olabiləcəyini diqqətə çatdırıb.
Sonra digər iştirakçılar layihələrin əhəmiyyətindən söz açaraq,əməkdaşlığın uğurlu olacağına əminliklərini bildiriblər.
Çıxışlardan sonra “Tələbə Plus” və “IELTS imtahanına təşviq”layihələri çərçivəsində ikitərəfli və üçtərəfli birgə əməkdaşlıqmüqavilələri imzalanıb.
Müqavilədə universitetə aid əmtəə nişanından ali təhsil ocağınınmüəyyən etdiyi şərtlər əsasında Təhsilin İnkişafı Fondu tərəfindənistifadənin tənzimlənməsi də yer alıb.